Mətbuat Şurasının sədri jurnalist Məhəmmədəli Qəriblinin səhhəti ilə maraqlanıb - Açıqlama

img

02-09-2018 [17:50]


Avqustun 30 -da "Bakı-Xəbər” qəzetinin redaksiyasında iş başında olarakən qəfildən halı pisləşərək, huşunu itirib yerə yıxılan və sonra ağır vəziyyətdə 5 saylı Klinik xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən tanınmış jurnalist Məhəmmədəli Qəriblinin səhhəti nisbətən normallaşdığı üçün o palataya köçürülüb. 

Bu barədə məlumatı Azinforum.az saytına jurnalistin qardaşı verib.

Onun sözlərinə görə, həftə sonu olduğu üçün beyin tomoqrafiyasının cavabını ala bilməyiblər: "Sabah həmin cavab bizə təqdim ediləcək və həkimlər də o rəyə uyğun addımlarını atacaqlar. Tomoqrafiyanın cavabı bizi qane etməsə, yəqin ki, Məhəmmədəlinin gələcək müayinə və müalicəsini xaricdə davam etdirəcəyik".

Qardaşının sözlərinə görə, Məhəmmədəli bəy hazırda onun ziyarətinə gələn bütün dostlarını tanıyır, onlarla söhbət edir, ancaq bəzən fikirlərini tam ifadə edə bilmir, danışığındakı rabitə itir:

"Bu da jurnalist üçün olduqca önəmli bir göstəricidir. Allah eləməsin, beyni ilə bağlı ciddi problem olacağı təqdirdə, yəqin ki, onun gələcəkdə jurnalist kimi fəaliyyət göstərməsi də mümkünsüz olacaq”. 

Jurnalistin qardaşı deyib ki, Məhəmmədəli Qəriblinin bu vəziyyətə salınması təsadüfən olmayıb: ”Biz bütün faktları hüquq-mühafizə orqanlarına təqdim edəcəyik. Əminik ki, onda bir çox mətləblərə aydınlıq gətiriləcək...".
 
Jurnalistin qardaşı bu günlər ərzində onlara verilən dəstəyə görə, hər bir şəxsə ayrı-ayrılıqda minnətdarlığını ifadə edib: ”Bu çətin günlərdə Məhəmmədəlinin ziyarətinə yüzlərlə şəxs gedib. Onların sirasında sıravi vətəndaşlardan tutmuş, tanınmış jurnalistlər, ziyalılar, millət vəkillərinə qədər hər zümrənin təmsilçisi bir olub”.

Saytın məlumatına görə, dünən Mətbut Şurasının sədri, millət vəkili Əflatun Amaşov Məhəmmədəli Qəriblinin səhhəti ilə şəxsən maraqlanıb və yaşanan hadisədən təəssüfləndiyini dilə gətirib.

Məhəmmədəli Qəribli  Əflatun Amaşovla söhbəti zamanı üzləşdiyi şantaj, qara piarla bağlı Mətbuat Şurasının sədrinə ətraflı məlumat verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR