ABŞ-da gecə klubunda atışma olub, ölən və yaralananlar var

img

02-09-2018 [14:29]


Amerikanın Ohayo ştatının Klivlend şəhərindəki gecə klublarından birində atışma olub.

"Report" xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən CBS məlumat yayıb.

Bildirilir ki, silahlı insident nəticəsində 1 qadın ölüb, daha 7 nəfər yaralanıb.

Polisin məlumatına görə, hadisə "X-Rated" klubunda qeydə alınıb. Burada dava sonradan atışma ilə nəticələnib.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Hazırda hadisənin bütün təfərrüatları müəyyənləşdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR