ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide Bakıda mətbuat nümayəndəsinə 3 bıçaq zərbəsi vurublar - Hadisəni törədənlər hələ də tutulmayıb - mia.az
Şriftin ölçüsü / 533 dəfə oxunub

Bakıda mətbuat nümayəndəsinə 3 bıçaq zərbəsi vurublar - Hadisəni törədənlər hələ də tutulmayıb

01 Sentyabr 2018 [23:17]

Bakı şəhəri, Səbail rayonu, 20-ci yaşayış sahəsində bıçaqlanma hadisəsi baş verib. Bıçaqlanan şəxs isə həmin ərazidə yaşayan mətbuat işçisi Sakit Həsənovdur.

Bu barədə Mia.az-a Sakit Həsənovun yaxınları məlumat verib.

Yaxınlarının sözlərinə görə, hadisə avqustun 31-də axşam saatlarında baş verib.

Bildirilir ki, S.Həsənov qəzet bölgüsü üçün evdən çıxıb və təxminən 10-15 dəqiqdən sonra ailəsinə onun bıçaqlanması barədə məlumat veriblər. O, evlərinin yaxınlığındakı mağazanın qarşısında iki nəfər naməlum şəxs tərəfindən bıçaqlanıb.

Hadisənin səbəbinə gəlincə, yaxınları deyiblər ki, S. Həsənova vtomobilinin qarşısında dayanmış şəxslərdən idarəetməni təmin etməsi üçün bir qədər kənara çəkilmələrini xahiş edib. Naməlum şəxslər nəinki maşının önündən çəkiliblər, əksinə, ona hədə-qorxu gələrək, hücum ediblər. Həmin şəxslər S. Həsənovu döyməklə yanaşı, ona 3 bıçaq zərbəsi vurublar: "Sakit Həsənov 3 bıçaq zərbəsi alıb. O, elə ailə üzvləri tərəfindən 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) çatdırılaraq əməliyyat edilib. Hal-hazırda vəziyyəti ağır olaraq qalır”.

Yaxınlarının sözlərinə görə, polis hadisə ilə bağlı ilkin ifadə alsa da, hadisəni törədənlər hələlik saxlanılmayıb.

Qeyd edək ki, hadisənin baş verdiyi ərazidə təhlükəsizlik kamerası da var. Ona görə, güman olunur ki, təqsirkarlar tezliklə tapılıb, həbs ediləcək.

Xatırladaq ki, S. Həsənov ayrı-ayrı vaxtlarda müxtəlif qəzet redaksiyalarında yayım müdiri vəzifəsində çalışıb. O, hazırda da mətbuat yayımı sahəsində çalışır.

Mia.az



ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR