ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide "Qarabağ" nə vaxt meydana çıxacaq? - Avropa Liqası - mia.az
Şriftin ölçüsü / 220 dəfə oxunub

"Qarabağ" nə vaxt meydana çıxacaq? - Avropa Liqası

01 Sentyabr 2018 [10:23]
"Qarabağ" klubunun Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarının stadionları və başlama saatları açıqlanıb.

"Report"un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, E qrupunda yer alan Azərbaycan çempionu bütün rəqiblərini Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək.

Bu arenada "Qarabağ" oktyabrın 4-də İngiltərənin "Arsenal", oktyabrın 25-də Ukraynanın "Vorskla" komandası ilə qarşılaşacaq. Hər iki görüş saat 20:55-də başlanacaq. 

Noyabrın 29-da isə Ağdam klubu Portuqaliya "Sportinq"ini sınağa çəkəcək. Bu oyunun start fiti isə saat 21:55-də çalınacaq.

Səfər oyunlarına gəldikdə, "Qarabağ" sentyabrın 20-də Portuqaliyanın paytaxtı Lissabondakı "Joze Alvalade" stadionunda "Sportinq"in qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. 

Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv noyabrın 8-də Ukraynanın Poltava şəhərindəki Aleksey Butkovski adına stadionda "Vorskla", dekabrın 13-də İngiltərənin paytaxtı Londondakı "Emirates" stadionunda "Arsenal" ilə üz-üzə gələcək. Bu oyunlar isə Bakı vaxtı ilə saat 24:00-da start götürəcək.

Qeyd edək ki, Avropa Liqasının finalı 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda (BOS) təşkil olunacaq. Bununla əlaqədar "Qarabağ"ın ev oyunları arenasının dəyişdirilərək BOS-a salınacağı istisna deyil. 


ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR