Həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlandı

img

31-08-2018 [14:26]


Gürcüstanda həbsdə saxlanılan Azərbaycan vətəndaşlarının sayı 89 nəfərdir.

Mia.az "Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyinin cari ilin iyun ayı üzrə hesabatında məlumat verilib.

Qonşu ölkənin cəzaçəkmə müəssisələrində saxlanılan Azərbaycan vətəndaşlarının 24-ü təqsirləndirilən şəxs, 65-i isə məhkumdur. Təqsirləndirilənlərin 22-si kişi, 2-si qadın, məhkumların isə 61-i kişi, 4-ü qadındır.

Gürcüstanda həbsdə saxlanılan əcnəbilərin 16,1%-ni Azərbaycan vətəndaşları təşkil edir.

Qonşu ölkənin həbsxanalarında 45 ölkənin, ümumilikdə, 554 vətəndaşı saxlanılır. Onların arasında Türkiyə vətəndaşları 134 nəfər olmaqla birinci yerdədir.

Gürcüstan həbsxanalarında Rusiyanın 63, İranın 80 və Ermənistanın isə 27 vətəndaşı saxlanılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR