Nazirliyin vəzifəli əməkdaşı vəfat etdi

img

31-08-2018 [12:00]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) vəzifəli əməkdaşı xəstəlikdən vəfat edib.

Mia.az "Report”a istinadən xəbər verir ki, ETSN yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin Dövlət Aerogeodeziya müəssisəsinin direktoru Elçin Məhərrəmov 55 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, 1963-cü il təvəllüdlü E.Məhərrəmov Moskva Geodeziya, Aerofotoplanalma və Kartoqrafiya Mühəndisləri İnstitutunu bitirib. 1986-cı ildən geodeziya sistemində işləyib. O, 2011-ci ildən Dövlət Aerogeodeziya Müəssisəsinin direktoru vəzifəsində çalışırdı.

Allah rəhmət eləsin!


Digər xəbərlər
SON XƏBƏRLƏR