31-08-2018 [11:44]
"31 avqust 1993-cü il tarixində Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzünün davamı olaraq, Azərbaycana mənsub keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənar yerləşən Qubadlı rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Ərazisi 802 kv. km və 1993-cü il üçün əhalisi 30 minə yaxın olan, 1 şəhər və 93 kənddən ibarət Qubadlı rayonunun işğalı zamanı 192 nəfər soydaşımız şəhid olub, 238 nəfər yaralanıb, 49 nəfər isə girov götürülərək işgəncələrə məruz qalıb. İşğalçılar tərəfindən rayon sakinlərinə qarşı kütləvi etnik təmizləmə həyata keşirilib, dövlət və özəl mülkiyyət obyektləri talan edilib. Onların arasında 7278 fərdi ev və mənzil, 64 inzibati bina, 148 sosial obyekt, 161 mədəniyyət obyekti, o cümlədən 3 muzey və 50-dən artıq tarixi abidə var idi. Hal-hazırda Qubadlı rayonunun təqribən 41 minlik əhalisi əsasən Sumqayıt şəhəri olmaqla, Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində məskunlaşır.
Digər işğal edilmiş ərazilərdə olduğu kimi, Qubadlı rayonu ərazisində də Ermənistan tərəfindən Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi, saxtalaşdırılması, vandalizmə məruz qoyulması və xarakterik xüsusiyyətlərinin dəyişdirilməsi həyata keçirilir. Onların arasında son tunc - erkən dəmir dövrünə aid Qubadlı şəhərinin qədim hissəsində yaşayış məkanı, Əliquluuşağı kəndindəki iki qala vəMuradxanlıkəndindəki qala, Başarat kəndindəki Orta əsrlərə aid Qafqaz alban məbədi, Qayalı kəndinə yaxın Yazı düzündəki XIV əsrə aid qəbristanlıq və Cavanşir türbəsi,Dəmirçilərkəndindəki XIII-XIV əsrlərə aid iki türbə, müxtəlif kəndlərdə olan çoxlu sayda məscidlər,Qubadlı Tarix müzeyində saxlanılmış 3 min eksponat və sair abidələr dağıntılara və talana məruz qalıb.
BMT Təhlükəsizlik Şurasının Qubadlının işğalından sonra qəbul edilmiş 874(1993)və 884(1993)saylı qətnamələrində Azərbaycan Respublikası ərazilərinin işğalı kəskin şəkildə pislənilib və Azərbaycanın cənub sərhədləri boyunca humanitar fəlakətin yaranması və çoxlu sayda mülki insanın didərgin düşməsinə münasibətində ciddi narahatlıq ifadə olunub. Hər iki qətnamədə "Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993) qətnamələrinin icrası məqsədilə təxirəsalınmaz addımlara dair uyğunlaşdırılmış vaxt cədvəli”nə müvafiq olaraq işğalçı qüvvələrin birtərəfli qaydada çıxarılması tələb olunub. Lakin Ermənistan bu günədək həmin tələblərə əməl etməkdən yayınır.
Hərçənd ki, Azərbaycan ərazilərinin işğal altında saxlanması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verə bilməz. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və işğala əsaslanan status-kvonun dəyişdirilməsi münaqişənin siyasi həlli və hərtərəfli regional əməkdaşlıq üçün imkanlar aça və davamlı sülhün təmin olunmasına töhfə verə bilər.
İsrail ordusu Livanın cənubunu fasiləsiz bombalayır - Dağıntılar var
XİN-dən xəbərdarlıq: "Livana getməyin!"
Türkiyə ordusu İraqa girir, 30 km-lik neytral zolaq çəkiləcək: "Hədəfdə iki bölgə var"
Başlıbel qətliamından 31 il ötür
Körfəz ölkələrində sel: 18 nəfər ölüb - 10-u tələbədir
Yaponiyada ard-arda zəlzələ olub
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə Pakistana başsağlığı verib - 63 nəfərin ölümü ilə bağlı
Qərb ölkələrinin səfirləri Gürcüstan Prezidenti ilə görüşüb - FOTO
Azərbaycanla daha bir ölkə arasında viza tələbi qaldırılır
Prezident İlham Əliyev Şuşa ilə bağlı sərəncam imzalayıb
Çingiz Abdullayev sağalıb - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Əfv Komissiyası toplandı: daha 100-dən artıq müraciətə baxılıb
Hərbi Hava Qüvvələri təlimdə - VİDEO
Yunanıstanda etiraz: işçilər bir günlük işə çıxmayacaq
Daha bir prezident COP29-a dəvət olunub
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
Eldar Əzizov müxalifətin mitinq tələbinə "yox" dedi
Daha bir sabiq deputat vəfat edib
“AFB Bank” zərər edib
Rəsmi Moskvadan sülhməramlıların Azərbaycandan vaxtından əvvəl çıxarılması haqda - Açıqlama
Jurnalist Cəmil Məmmədliyə hökm oxunub
Prezidentin köməkçisi yeni sədri kollektivə təqdim edib
Azərbaycanda film kimi olay: kişi evli ola-ola başqası ilə nigaha girib - "İkinci qadın vərəsə ola bilməz"
Sabiq deputat Hadı Rəcəbli 76 yaşında qəfil vəfat edib - Səhərə yaxın... (Yenilənib)
Qəzzada ölənlərin sayı hər gün artır
İstanbulda azərbaycanlı azyaşlı qız kimsəsiz kimi xəstəxanaya yerləşdirilib - Konsulluq və İşçi Qrupu nə işlə məşğuldur?
9 milyon manatlıq mənimsəmə... - “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbərinin cinayət işi yekunlaşıb
Yeni Ədliyyə naziri adaşını vəzifədən çıxardı - DİN-in şöbə rəisi nazirliyə gətirildi (YENİLƏNİB)
Sabahın hava proqnozu açıqlandı
Tofiq Quliyev Avropa çempionu olub
Xəzər TV-nin aparıcısının maşını aşdı: Aytən Səfərova xəstəxanaya yerləşdirilib, ölən var (Yenilənib)
"Təhdid və təzyiq dili ilə danışmaq heç bir nəticə verməyəcək" - Rəsmi Bakı Fransanın bəyanatına cavab verdi
Ermənistandan sərhəddə daha bir təxribat: kəşfiyyat uçuşu həyata keçirən kvadrokopter ələ keçirildi - FOTOLAR
lham Əliyev Baş katibi qəbul edib - FOTO (Yenilənib)
Baxçalı İranın İsrailə hücumunu "teatr" adlandırıb - Açıqlama
"Qalatasaray" italyan futbolçuya qiymət qoydu - 25-30 milyon avro...