Şriftin ölçüsü / 227 dəfə oxunub

Azərbaycanın olimpiya mükafatçısı 4 il müddətinə cəzalandırıldı - Dopinq testinə görə

30 Avqust 2018 [00:07]

2014-cü ildən Azərbaycanın şərəfini qoruyan ukraynalı kanoeçi, "Rio-2016" Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı İnna Osipenko-Radomskya anti-dopinq qaydalarını pozduğuna görə, 4 il müddətinə cəzalandırılıb.

Bu barədə məlumat Beynəlxalq Kanoe Federasiyasının (ICF) saytında dərc olunub.

Bildirilir ki, sentyabrda 36 yaşı tamam olacaq Osipenko-Radomskaya 2018-ci ilin mayında yarışdankənar dopinq testindən keçməkdən imtina etdiyi üçün cəzalandırılıb/Report.



SON XƏBƏRLƏR