Flora Röyanı məhkəməyə verdi - “Səni analığına bağışladım, lakin...”

img

29-08-2018 [22:22]


Xalq artisti Flora Kərimova ilə əməkdar artist Röya Ayxan arasında olan qalmaqal səngimək bilmir.

Xalq artisti İnstaqram hesabında Röyanı məhkəməyə verəcəyini açıqlayıb.

"Mən demişəm, yenə təkrar edirəm. Məhkəmədən tutmuş, mənə yönləndirilən güvəndiklərinə qədər hər bir qərəzli sözün sahibinin boynuna biçiləcək cavabım var. Mən bu 78 ili "sizlər” kimi necə gəldi yaşamadım ki, öz beyninizə görə mənə söz deməyə həm diliniz ola, həm də dilçəyiniz. Səni analığına bağışladım, layiq olduğun-olmadığın xoş sözlərlə başa salmağa çalışdım, görürəm, ayağın yer aldı. Açıq məhkəmədə görüşənədək”.

Qeyd edək ki, F. Kərimova sonuncu dəfə Röyaya köşə yazısı həsr edərək həmkarının səs diapazonunun kiçik olduğunu, ondan daha möhtəşəm səslər olduğunu bildirmiş, əməkdar artist isə Kərimovanın qızına müraciət edərək "Zümrüd, xahiş edirəm bu sənətkara diqqət ayırın. Ayıbdır artıq. Hüseynə de ki, sağım-solum bəlli deyil. Səbrimi doldurdu”mesajını ünvanlamışdı.



Digər xəbərlər
SON XƏBƏRLƏR