ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide “Azəriqaz” həm qaz satır, həm də 25 faiz kredit hesablayır - mia.az
Şriftin ölçüsü / 605 dəfə oxunub

“Azəriqaz” həm qaz satır, həm də 25 faiz kredit hesablayır

28 Avqust 2018 [15:23]

Məhəmməd Talıblı

***

""Azəriqaz” bir təsərrüfat subyekti olaraq vətəndaşlara qaz satır, yoxsa onlara kredit verir?".

Mia.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Məhəmməd Talıblı sosial şəbəkədəki səhifəsində yazıb.

İqtisadçının sözlərinə görə, nə qədər təəccüblü görünsə də, birlik qeyd edilən hər iki halı həyata keçirir:

"Bilirsiniz ki, "Azəriqaz”ın mənzillərə yerləşdirdiyi sayğacların keyfiyyətində problemlərin yaranması yeni söhbət deyil. Sayğaca heç bir müdaxilə edilmədiyi halda, 100 minlərlə vətəndaşın sayğacında yaddaş pozğunluğu yaranmışdır. Özü də, təkrar edirəm, buna heç bir müdaxilə edilmədən sayğaclar özü-özünə mənfi qalıq göstərir. Yəni, vətəndaş istehlak etdiyi qazın ödənişin etmədən belə qazdan istifadə imkanı əldə edirdi. Hansısa bir mərhələdə "Azəriqaz”ın əməkdaşları gəlib, həm sayğacları dəyişir, həm də ödəniş kartlarını.

Bu zaman yeni kart almalı olan vətəndaşlara isə ödəməli olduqları borcun ilkin olaraq heç olmasa 30 faizi tələb olunur. Onu ödəməyənlərə isə əlavə olaraq 25 faizlik cərimə ilə mərhələli ödəniş tətbiq olunur. Örnəyin verim. Əgər sizin sayğacınızın özünün yaddaş pozulması nəticəsində 500 manatlıq borcunuz yaranıbsa, bu zaman sizə 160 manatlıq əlavə borc yazılmış olur. Və ya ildə istehlak olunacaq 1700 kubmetr limitə qədər 10 qəpik, bu həddi keçəndən sonra isə 20 qəpikdən hesablanırdısa, yığılmış məbləğlə bağlı ödəniş etmədiyiniz bütün borclarınız kubmetri üçün birmənalı olaraq 20 qəpiklə hesablayırlar. Vətəndaşın heç bir suçu olmadan sayğacın müvəqqəti olaraq qaz ötürmə günahını vətəndaş niyə döməlidir ki? Və ya "Azəriqaz” əməkdaşlarının vaxtında dəyişməli olduqları sayğacların suçu istehlakçının cibindən çıxamalıdır ki?".

İqtisadçı deyir ki, vətəndaşların bu qaydalar çərçivəsində ödənişlərindən "Azəriqaz” milyonlarla pul qazanır: "Qurum sanki kreditor qurumu kimi bank xidməti göstərir. Bir istehlakçı olaraq tələb edirəm ki, "Azəriqaz” bu vətəndaşların ziyanına və özlərinin xeyrinə olan bu qanunsuzluğu aradan qaldırsınlar. Bir ölkənin sahibi olduğu qazı vətəndaşına simvolik məbləğdə satmaq əvəzinə, onu həm kommersiya qiyməti ilə satırsınız, həm də yüksək faizlə cərimələr tətbiq edirsiniz.  Bu absurd qərarı mütləq dəyişin!". 



Digər Xəbərlər

ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR