Əbülfəs Qarayev Zaqatalada vətəndaşları qəbul edəcək

img

27-08-2018 [12:51]


Mədəniyyət naziri Əbülfəs Qarayev Zaqatalada vətəndaşları qəbul edəcək.

Nazirlikdən Mia.az-a verilən məlumata görə, qəbul avqustun 31-də, saat 10ºº-da rayonun Heydər Əliyev Mərkəzində (Zaqatala şəhəri, Car küçəsi 1) olacaq.

Görüşdə Şəki şəhərindən, Balakən, Qax, Oğuz və Zaqatala rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.

Vətəndaşların nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Rəşad Əliyev) qəbula yazılmaları mümkündür.

Qəbula gəlmək istəyən vətəndaşlar həmçinin müvafiq rayonların Mədəniyyət şöbələrinə müraciət edə bilərlər.



Digər xəbərlər
SON XƏBƏRLƏR