Gəncədə mikroavtobusla yük avtomobili toqquşub, xəsarət alanlar var

img

21-08-2018 [18:55]


Gəncə şəhərində yol qəzası baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Şəmkir avtovağzalı adlanan ərazisinin yaxınlığında qeydə alınıb.

Belə ki, Gəncə-Qazax marşrutu üzrə hərəkət edən sərnişin mikroavtobusu ilə yük maşını toqquşub. Qəza nəticəsində mikroavtobusun 2 sərnişini - Ağstafa rayon Göycə kənd sakini, 1961-ci il təvəllüdlü Qafilə Paşa qız Paşayeva və 1992-ci il təvəllüdlü Röya Aşur qızı Bayramova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR