Azərbaycan Premyer Liqasında 2 oyunun vaxtı dəyişdirilib

img

20-08-2018 [17:49]


Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun oyun cədvəli açıqlanıb. 

"Report"un Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən verdiyi məlumata görə, mərkəzi oyun sayılan "Qarabağ" - "Neftçi" matçının vaxtı dəyişdirilib. Buna Ağdam təmslçisinin PFL-ə müraciəti səbəb olub. "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində Moldova "Şerif"i ilə keçirəcəyi oyunlara daha yaxşı hazırlaşmaq məqsədi ilə çempionat qarşılaşmasının vaxtının dəyişdirilməsini xahiş edib. Komandanın avrokuboklarda çıxışını və Əsasnaməni rəhbər tutan PFL "Qarabağ” – "Neftçi” matçının 25 avqustdan 26 avqusta keçirilməsinə qərar verib. 

Bütün görüşlərin canlı yayımlanmasını təmin etmək məqsədi ilə hər iki klubun razılıq məktubundan sonra "Zirə” – "Sabah” matçı ilə bağlı da dəyişiklik gerçəkləşib. Sözügedən oyun 26 avqustdan 25 avqusta keçirilib. 

25 avqust (şənbə)18:00. "Qəbələ” – "Sumqayıt”Qəbələ şəhər stadionu20:30. "Zirə” – "Sabah”"AZAL Arena”26 avqust (bazar)

18:00. "Keşlə” – "Səbail”

"ASK Arena”

20:30. "Qarabağ” – "Neftçi”"Azersun Arena”

Qeyd edək ki, turun bütün görüşləri "CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR