"ABŞ-ın Türkiyədəki səfirliyinə edilən hücum xaos yaratmaq cəhdidir" - Rəsmi Ankaradan sərt reaksiya

img

20-08-2018 [15:38]


ABŞ səfirliyinə edilən hücum xaos yaratmaq cəhdidir.

Bunu Türkiyə prezidentinin mətbuat xidmətinin sözçüsü İbrahim Qalın ABŞ-ın Ankaradakı səfirliyinə edilən hücumla bağlı danışarkən deyib.

"ABŞ səfirliyinə edilən hücumu pisləyirik. Türkiyə təhlükəsiz ölkədir və bütün xarici qurumlar qanunla mühafizə olunur. Hazırda hadisə araşdırılır, qısa müddətdə aydınlaşdırılacaq”, - deyə o bildirib.

Qeyd edək ki, naməlum şəxslər bu gün səhər saatlarında ABŞ-ın Ankaradakı səfirliyinə avtomobildən atəş açıblar/Axar.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR