Azərbaycanda Arıçılıq İnstitutu yaradıla bilər - KTN-ə təkliflər hazırlanır

img

20-08-2018 [15:22]


 Azərbaycan Arıçılar Assosiasiyası ölkədə Arıçılıq İnstitutunun yaradılması ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə təkliflər hazırlayır. 

Bunu "Report"a açıqlamasında Assosiasiyanın sədri Bədrəddin Həsrətov bildirib.

Onun sözlərinə görə, bu məsələ nazir İnam Kərimovla görüşdə müzakirə edilib: "Hazırda təkliflər hazırlayırıq. Arıçılıq İnstitutunun yaradılmasına ehtiyac var. Bu sahənin inkişafı üçün elm, dövlətin və assosiasiya bir yerdə olmalıdır".

Bundan başqa, B.Həsrətov deyib ki, Azərbaycan arıçılığın inkişafında Niderlandın təcrübəsini öyrənəcək: "Bir qədər bundan əvvəl Almaniyada və Hollandiyada səfərdə olduq. Səfər çərçivəsində Azərbaycan Arıçılar Assosiasiyası Niderland Arıçılar Assosiasiyası ilə əməkdaşlıq barədə memarandum imzalayıb. Sənəd bu ölkənin təcrübəsindən yararlanmağı ehtiva edir. Gələn il Azərbaycandan Hollandiyaya təlim məqsədi ilə növbəti qrupu göndərmək istəyirik". 

Digər xəbərlər
SON XƏBƏRLƏR