"İdxal qiyməti artırsa, qiymət artımı da qaçılmaz olur..." - İqtisadçı benzinin bahalaşmasını şərh etdi

img

20-08-2018 [13:49]


"Bu gündən ölkədə Premium (Ai-95) markalı benzinin qiyməti (1,25 manatdan 1.50 manatadək, yəni 17 faiz artıb. Super Premium (Ai-98) markalı benzinin qiyməti isə 10 qəpik artaraq, 1.60 manat təşkil edib. Yəni 7 faiz. Hər iki marka üzrə ortalama olaraq 12 faizlik artımdan söhbət gedir".

Mia.az xəbər verir ki, bu sözləri iqtisadçı Məhəmməd Talıblı sosial şəbəkədəki səhifəsində yazıb.

Onun sözlərinə görə, hər iki benzin markası ölkəmizdə istehsal olunmur, idxal hesabına təmin olunur:

"Yəqin ki, deyəcəklər, bu markanı biz istehsal etmirik ki, qiymətləri artıraq? İdxal qiyməti artırsa, qiymət artımı da qaçılmaz olur. Qonşu Gürcüstanda bu markalı benzinin qiyməti 1, 82 AZN-dir, Türkiyədə 1,94 AZN və s. Əgər bu markalı benzinləri Avropa ölkələrindən idxal edən şirkətlərin sayı və kimliyi məqsədyönlü formada müəyyənləşdiriblərsə, o zaman söhbət inhisar qiymətlərinin diktə olunmasından getməlidir. Əgər bu idxalı həyata keçirən şirkətlər arasında rəqabət olarsa, o zaman qiymət artımı olmaya da bilərdi. Çünki premium markalı idxal mallarının qiymətlərini Tarif Şurası müəyyənləşdirmir, onu bazar müəyyənləşdirir. Bazarda isə həmin məhsulların məhdud idxalçısı varsa, o zaman qiymət də tələb-təklif əsasında yox, inhisar qiymətləri əsasında formalaşacaq. Bunun da adı idxal inhisarçılığıdır. İnhisarçılığı ya istehsal, yaxud idxal üzərində et, yenə fərq etməyəcək. İstənilən məhsulun dəyər zəncirində kənaraçıxma varsa, bu qiymətə təsirsiz ötüşməyəcək". 

İqtisadçı bildirib ki, hər iki yüksək oktanlı benzinin qiymətinin qalxaması yaxın müddətdə həmin benzinin istifadəçisi olan avtomobillərin də qiymətlərinə təsirsiz ötüşməyəcək:

"Sadə vətəndaşlar düşünə bilərlər ki, bu qiymət artımı bizdən yan keçdi. Çünki ölkədə ölkədə əksər avtomobil istifadəçiləri A-92 markalı benzindən istifadə edir. Keçmiş təcrübələrdən çıxış edərək, düşünmək olar ki, böyük ehtimalla premium markalı benzinin qiyməti artımı növbəti aylarda A-92 markalı benzinin qiymət artımı üçün əsas yaradır, vətəndaşları psixoloji baxımdan bu qiymət artımına hazırlanır...".


Digər xəbərlər
SON XƏBƏRLƏR