Söyüd ağacını kəsdi - 2000 manat cərimələndi

img

20-08-2018 [11:36]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Nazirlikdən Mia.az-a verilən məlumata görə, reyd zamanı Goranboy rayonu Faxralı kəndi ərazisində yaş köküstə 32-34 sm diametrliyində 2 söyüd ağacının qanunsuzkəsildiyi aşkar edilib.

Araşdırma zamanı ağacların Faxralı kənd sakini Sübhan Alıyev tərəfindən kəsildiyi və təbiətə 650 manat məbləğində ziyan dəydiyiməlum olub.

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və ona 2000 manatməbləğindəcərimə tətbiq olunub.



Digər xəbərlər
SON XƏBƏRLƏR