Şəhid qızını “Jeep"lə vuraraq öldürən biznesmenin 17 yaşlı oğlu AZADLIQDA

img

17-08-2018 [23:53]


Qarabağ müharibəsində şəhid olan Elton Əkbərovun qızı Könül Əkbərovanı idarə etdiyi "Jeep" markalı maşınla vuraraq öldürməkdə təqsirləndirilən iş adamının oğlu Rəhim Rəhimovla bağlı yeni qərar verilib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə R.Rəhimov cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisində çəkəcək.

Xatırladaq ki, məntəqə tipli cəzaçəkmə müəssiləri açıq rejimlidir, məhkum istənilən zaman müəssisədən çıxıb evinə, istənilən digər yerlərə gedə bilir.

Qeyd edək ki, hadisə 2017-ci il noyabrın 8-də Bayraq meydanının yaxınlığında baş verib. Sürücülük vəsiqəsi olmadan idarə etdiyi avtomobillə şəhid qızını vuran 17 yaşlı gənc R.Rəhimov iş adamı Akif Rəhimovun oğludur. A.Rəhimov isə "Yeganə” şadlıq sarayının rəhbəri Məmməd Rəhimovun qardaşıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. Rəhimov 5 il müddətinə azadlıqdan məhrum edilib. O, sürücülük vəsiqəsi olmadan idarə etdiyi maşınla 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirli bilinib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı