Azərbaycan helikopterləri havaya qalxdı, şərti düşmən məhv edildi - Təlim + FOTO

img

17-08-2018 [19:34]


Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Hərbi Hava Qüvvələri (HHQ) helikopter bölmələrinin taktiki-uçuş məşqləri keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə,  məşq zamanı aviasiya vasitələrinin ümumqoşun hissələrinə havadan atəş dəstəyinin həyata keçirilməsi üzrə tapşırıqlar icra olunub.

Məşqlərin praktiki hissəsində bazalanma aerodromlarından uçuşlar edən helikopterlər poliqonlarda şərti düşmənin yer hədəflərini döyüş atışları ilə məhv ediblər.

Taktiki-uçuş məşqləri zamanı qarşıya qoyulan tapşırıqlar helikopter ekipajları tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı