ABŞ-la Türkiyəni üz-üzə gətirən rahib yenə buraxılmadı - Məhkəmə şikayəti növbəti dəfə rədd etdi

img

17-08-2018 [17:58]


Türkiyə ilə ABŞ arasında böyük qalmaqala səbəb olan və hazırda İzmirdə ev dustağı olan rahib Bransonun üzərindəki həbs və xaricə çıxış qadağasının götürülməsi ilə bağlı məhkəməyə verdiyi növbəti şikayət də bu gün rədd edilib.

Mia.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu barədə bu gün İzmir 3-cü Ağır Cəza Məhkəməsi qərar verib.

Qeyd edək ki, avqustun 15-də İzmir 2-ci Ağır Cəza Məhkəməsi də belə qərar vermişdi. Bu qərardan 3-cü Ağır Cəza Məhkəməsinə verilən şikayət isə, qeyd etdiyimiz kimi, bu gün növbəti dəfə rədd olunub.

Xatırladaq ki, ABŞ vətəndaşı olan Branson PKK, PYD və FETÖ üzvləri ilə birlikdə hərəkət etməkdə, casusluq və sair ağır cinayətlərdə təqsirləndirilir. Əgər ittihamlar təsdiqlənərsə, Türkiyə qanunlarına görə, onu 35 il cəza gözləyir.

Məhz Bransounun həbsinə görə Tramp Türkiyəyə qarşı sanksiyalar tətbiq edib….

Digər xəbərlər
SON XƏBƏRLƏR