Şriftin ölçüsü / 143 dəfə oxunub

350 mətbuat orqanı Trampa qarşı etiraza qalxdı: “Jurnalistlər düşmən deyil”

16 Avqust 2018 [18:27]
Aparıcı və regional qəzetlər daxil olmaqla, təxminən 350 nəşr Prezident Donald Trampın liberal KİV-lərə qarşı hücumlarının yolverilməz olduğu barədə məqalələr dərc edib.

TASS xəbər verir ki, aksiyanın təşəbbüskarı avqustun 13-də "Jurnalistlər düşmən deyil” sərlövhəli məqaləni dərc edən "The Boston Globe” qəzeti olub.

 "ABŞ prezidenti hazırkı administrasiyanın siyasətini dəstəkləməyən KİV nümayəndələrinin "xalq düşməni” olmaları barədə rəy formalaşdırıb”, - deyə qəzetin məqaləsində bildirilir və bunun ölkə konstitusiyasına zidd olduğu vurğulanır.

Jurnalistlər ABŞ-ın 2-ci prezidenti Con Adamsın sözlərini Trampın yadına salıblar: "Azad mətbuat azadlığın təmin olunması üçün vacib əhəmiyyət kəsb edir”.

Azərtac


SON XƏBƏRLƏR