“Azəriqaz” avqustun 22-23-də gücləndirilmiş iş rejimində işləyəcək - Qurban bayramı ilə bağlı

img

16-08-2018 [14:53]


"Azəriqaz” İstehsalat Birliyi Qurban bayramı ilə əlaqədar avqustun 22-23-də gücləndirilmiş iş rejimində işləyəcək. 

Mia.az birliyə istinadən bildirir ki, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcə də "Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədilə Birlik tərəfindən zəruri tədbirlər həyata keçiriləcək. 

Belə ki, sutka ərzində 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli "Çağrı Mərkəzi”nin fəaliyyəti gücləndiriləcək, eyni zamanda Birliyin Təmir-Tikinti İdarəsində, Texniki istismar şöbəsində, Bakı Regional Qaz İstismarı Departamentində, Sumqayıt Qaz İstismar Sahəsində, Regional Qaz İstismar İdarələrində və Xidmət sahələrində məsul şəxslərindən ibarət sutkalıq növbətçilik təşkil olunacaq.

"Azəriqaz” istehlakçıların bayram günlərində təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmələrini xahiş edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq