"Hacı Mazan” polis tərəfindən saxlanıldı - 44-AA-444 nömrəli maşında + FOTOLAR

img

16-08-2018 [14:22]


"Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalov yol polisi tərəfindən saxlanılıb.

Mia.az yenicag.az-a istinadən xəbər verir ki, bu zaman ona məxsus avtomobilin 44-AA-444 dövlət nömrə nişanı diqqət çəkib.

Qeyd edək ki, "Hacı Mazan” dövrü mətbuatda qalmaqallı şəxslərdən hesab olunur. O, daima xoşagəlməz məsələlərlə gündəmə gəlir. Adı narkoticarətdə hallanan Ramazan Zeynalov bir neçə gün öncə jurnalistə təzyiq göstərməsi ilə diqqət çəkmişdi. Onu da xatırladaq ki, Ramazan Zeynalov Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qohumudur.

***

Mia.az xəbər verir ki, Ramazan Zeynalovun oğlu Bayram Zeynalov Sumqayıt şəhər Yol Polisinin rəisi vəzifəsində çalır. B.Zeynalovun xidməti avtomobilinin nömrəsi 99 YP 444-dür. 


Digər xəbərlər
SON XƏBƏRLƏR