Nazir əlillərlə görüşdü - Fotolar

img

16-08-2018 [11:48]


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən Əlilliyi olan şəxslər üçün Müalicə Pansionatında bərpa müalicəsi şəraiti, əlilliyi olan insanlara göstərilən xidmətlərlə tanış olub.

Nazirlikdən Mia.az-a verilən məlumata görə, pansionatda stasionar, diaqnostika, fizioterapiya şöbələrində aparılan işlər nəzərdən keçirilib. Qeyd olunub ki, 250 çarpayılıq müəssisədə il ərzində 4 mindən çox əlilliyi olan şəxs stasionar şəraitdə reabilitasiya xidmətləri ilə təmin olunur. Cari ilin ötən dövründə də 2631 nəfər əliliyi olan şəxs, o cümlədən ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 311 nəfər pansionata qəbul olunub. Hazırda 230-a qədər əlilliyi olan şəxsə burada bərpa müalicə xidmətləri göstərilir.

S.Babayev müəssisədəki ultrasəslə müayinə, elektrokardioqrafiya, elektroensefaloqrafiya, rentgen kabinetləri, mədəni-istirahət bölməsi, laboratoriya, müalicəvi bədən tərbiyəsi zalı, tətbiq olunan müxtəlif fizioterapevtik müalicə üsulları və s. ilə tanış olub. O, pansionatda müalicə olunan əlilliyi olan insanlarla görüşüb. Əlilliyi olan şəxslər ölkəmizdə sosial cəhətdən həssas qruplara yönələn dövlət qayğısının ildən-ilə artmasına, əlilliyi olanların sağlamlıqlarının bərpası, tibbi-sosial reabilitasiya sisteminin təkmilləşdirilməsi üçün aparılan işlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Nazir bildirib ki, dövlət başçısının tapşırığına əsasən, əlilliyi olan vətəndaşlar üçün tibbi-sosial reabilitasiya infrastrukturunun ən müasir tələblərə uyğun qurulması istiqamətində işlər davam etdirilir. Hazırda bir çox reabilitasiya müəssisələrində əsaslı təmir işləri aparılır. Bu işlərin qarşıdakı dövrdə Əlilliyi olan şəxslər üçün Şağan Müalicə Pansionatında da davam etdirilməsi nəzərdə tutulur.

S.Babayev müəssisənin fəaliyyətinin səmərəli təşkili, xidmət səviyyəsinin yüksəldilməsi, tətbiq olunan müalicə kurslarının nəticələrinin təhlil edilməsi və müvafiq qiymətləndirmələrin aparılması barədə tapşırıqlarını verib. İşçi heyətin peşəkarlığının artırılmasının və müvafiq sahədə qabaqcıl dünya təcrübələrinin öyrənilməsinin vacibliyini qeyd edən nazir digər bərpa mərkəzləri və səhiyyə müəssisələri ilə təcrübə mübadilələrinin aparılmasının diqqətdə saxlanılmasını, əlilliyi olan insanlara qayğı ilə yanaşılmasını tapşırıb.







Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı