“Müsabiqədə iştirak etmiş, amma qəbul olmamış abituriyentlərə icazə verilir ki..." - DİM-in mətbuat katibi

img

16-08-2018 [11:05]


Artıq ali təhsil müəssisələrinə qəbulun nəticələri elan olunub. Belə ki, ali təhsil müəssisələrinin müsabiqəsində 44772 abituriyent iştirak edib. 

Onlardan 39906 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 11963 nəfər dövlət sifarişi əsasında, 27943 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
 
Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə Modern.az-a açıqlamasında deyib ki, ali təhsil müəssislərinə qəbul ola bilməyən abituriyentlər boş qalan yerlərə sənəd verə bilərlər.

"Müsabiqədə iştirak etmiş, amma qəbul olmamış abituriyentlərə icazə verilir ki, boş qalan yerlərin yerlərin müsabiqəsində iştirak etsinlər. Boş qalan yerlərin müsabiqəsi elektron qaydada aparılır. İxtisas seçimi avqustun 16-dan 20-nə qədər davam edəcək. Bu müddət ərzində abituriyentlər "Abituriyent” jurnalının 8 saylı buraxılışında həmin yerlərlə tanış ola bilərlər. "Abituriyent” jurnalının 8-ci sayı  bu gün nəşr olunacaq”.

Xanlar Xanlarzadə bildirib ki, boş qalan yerlərin müsabiqəsində  kollecləri seçən abituriyentlər də iştirak edə bilər.

 "Elektron ərizə qəbulu zamanı ali təhsil müəssisələrinin boş qalan yerləri ilə yanaşı, tam orta təhsilin bazasından 11-ci sinifdən kolleclərə qəbul olmaq istəyən abituriyentlər də seçim edə bilərlər. Kolleclərin müsabiqəsində kim ki qeydiyyatdan keçib, onlar da boş qalan yerlərə elektron qaydada ixtisas seçə bilər. Eyni zamanda, ali məktəbə qəbul ola bilməyən abituriyentlər ərizəsində kollecləri də qeyd edə bilər. 

Abituriyentlər arasında hər il elələrinə rast gəlmək olur ki, yüksək nəticə göstərsə də, ali məktəbə qəbul ola bilməyib. Bu il də istisna deyil”

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı