Qətər əmiri Türkiyənin yanında: "Ərdoğana 15 milyardlıq sərmayə paketi verdim..."

img

16-08-2018 [00:21]


Xəbər verildiyi kimi, Qətər əmiri Şeyx Temim bin Hamed Al Sani avqustun 15-də Türkiyəyə işgüzar səfərdə olub.

Mia.az xarici mətbuata istinadən bildirir ki, Qətər əmiri səfərin yekunları ilə bağlı sosial şəbəkədəki hesabından xüsusi açıqlama yayıb.

O bildirib ki, Ərdoğanla görüşdə ona 15 milyard dollarlıq "İqtisadi paket" təqdim edib: "Ümmətin problemləri və Qətərin yanında duran Türkiyənin və oradakı qardaşlarımızın yanındayıq".

Xatırladaq ki, bir müddət əvvəl Səudiyyə Ərəbistan başda olmaqla, 5 körfəz ölkəsi Qətərə sanksiya tətbiq edəndə, rəsmi Ankara Qətərin müdafiəsinə qalxıb, bu dövlətə hər cür dəstəyi əsirgəməyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı