Şriftin ölçüsü / 214 dəfə oxunub

Xalq artistinin anadan olmasının 100 illiyi ilə bağlı tədbirlər keçiriləcək - Prezident tapşırıq verdi

15 Avqust 2018 [18:23]

Bu gün Prezident İlham Əliyev sərəncam verib.

Mia.az-ın məlumatına görə, sərəncamda bildirilir ki, 2018-ci ilin dekabr ayında Azərbaycanın görkəmli opera müğənnisi, xalq artisti Gülxar İbrahim qızı Həsənovanın anadan olmasının 100 illiyi tamam olur.

Gülxar Həsənova Azərbaycan operasının şah əsərlərində təbiiliyi, dolğunluğu və özünəməxsusluğu ilə seçilən çox sayda unudulmaz obrazlar yaratmış, uzun illər ərzində aparıcı partiyalardakı yaddaqalan çıxışları ilə ifaçılıq sənəti tariximizə yeni səhifələr yazmışdır. Gənc opera solistlərinin hazırlanmasında onun təqdirəlayiq xidmətləri vardır. Yüksək səhnə mədəniyyətinə malik sənətkar muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı kimi musiqsevərlərin qəlbində dərin izlər buraxmışdır.

Bütün bunlar nəzərə alınaraq, sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi xalq artisti Gülxar Həsənovanın 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcək.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.



SON XƏBƏRLƏR