Şriftin ölçüsü / 832 dəfə oxunub

İTV-də kütləvi dəyişiklik: 120 nəfər yola salındı, aralarında məşhur jurnalistlər də var - Telekanalda nələr baş verir?

15 Avqust 2018 [14:57]
Balakişi Qasımov İctimai Televiziyaya (İTV) baş direktor təyin olunandan sonra İTV-də iş prinsiplərinin səmərəliliyin artırılması adıyla təqribən 120 nəfər peşəkar televiziya mütəxəssisini işdən azad edib. 

Mia.az Reyting.az-a istinadən xəbər verir ki, son bir həftə ərzində hətta məzuniyyətdə olan əməkdaşlar da təcili olaraq geri cağrılır, onlara təzyiq göstərilərək işdən çıxmaları barədə ərizə yazmaları tələb olunur. 

Məlumatda bildirilir ki, İctimai Televiziyanın qurulması və idarə edilməsində xüsusi əməyi olan, televiziyada verilişlərin yükünə görə ikinci böyük departament sayılan Gənclər, Elm və Təhsil Departamentinin direktoru Rauf Rəcəbovun da işdən çıxmaqla bağlı ərizəsi alınıb. 

Əməkdaşımız məsələyə aydınlıq gətirmək ücün Rauf Rəcəbovla əlaqə saxlasa da, o, bu barədə şərh vermək istəməyib.

Məlumatda bildirilib ki, Balakişi Qasımovun həyata keçirdiyi islahatlar heç də İTV-də çalışan əməkdaşların ürəyincə olmayıb. İxtisarların sentyabr ayında da davam edəcəyi bildirilir. Kütləvi ixtisarların aparılması işçilərin hüquqularının pozulması ilə yanaşı hökumətin sosial müdafiə qurumlarını da çətin vəziyyətdə qoyur.

Qeyd edək ki, ölkə başçısı İlham Əliyev də dəfələrlə dövlət və özəl qurumlara tövsiyə verib ki, sosial vəziyyəti aşağı olan insanlar işdən azad edilməsinlər.

Xatırladaq ki, Rauf Rəcəbov İctimai Televiziyada bir sıra böyük layihələrin müəllifi olub. O, 2005-2011-ci illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətinin Milli Azlıqlar ücün Verilişlər Departamentinin direktoru vəzifəsində calışıb. 2011-2013-cü illərdə İctimai Televiziyanın "Carcıfilm" Yaradıcılıq Birliyinin direktor müavini və Baş redaktoru olub. 2013-2015-ci illərdə İctimai Televiziyanın Səhər Proqramları Departamentinin direktoru vəsifəsində calışıb. 2016-cı ilin yanvar-iyun aylarında İctimai Televiziyanın "Carcıfilm" Yaradıcılıq Birliyinin direktor müavini, iyun-sentyabr aylarında isə İctimai Televiziya və Radio Yayımları Şirkətinin İnformasiya Departamentinin direktoru vəzifəsində calışıb. 2016-cı ilin sentyabr ayından 2017-ci ilin iyun ayınadək İctimai Televiziyanın "Carcıfilm" Yaradıcılıq Birliyinin direktoru olub. 2017-ci ilin iyun ayından İctimai Televiziya və Radio Yayımları Şirkətinin Gənclər, Elm və Təhsil Departamentinin direktoru, eyni zamanda İTV-də yayımlanan "Sənədli Detektiv" verilişinin müəllifi və aparıcısı olub.




SON XƏBƏRLƏR