Azərbaycan məhkəməsi Türkiyə vətəndaşının ölkəsinə ekstradisiyası barədə qərar qəbul edib - Məhkəmə prosesi

img

10-08-2018 [15:21]


 Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə axtarışda olan Sabri Sökmeninöz ölkəsinə təhvil verilməsi barədə Ədliyyə Nazirliyinin təqdimatı üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, S.Sökmen barəsində həbs qətimkan tədbiri seçilib. Məhkəmə onun Türkiyəyə ekstradisiya edilməsi barədə qərar çıxarıb. S.Sökmen məhkəmə zalında həbs edilib və ölkəsinə ekstradisiya edilməsi üçün aidiyyatı üzrə təhvil verilib.

Qeyd edək ki, S.Sökmen 2011-ci ildə Türkiyədə təcavüzdə ittiham edilib. Lakin o, məsuliyyətdən yayınmaq üçün Azərbaycana qaçıb. Daha sonra S.Sökmen beynəlxalq axrarışa verilib.

O, bu il Azərbaycanda saxlanılıb, lakin barəsində həbs qətimkan tədbiri seçilməyib. Türkiyə tərəfi isə S.Sökmenin ekstradisiya edilməsini istəyib.

Məlumata görə, Türkiyədə S.Sökmen barəsində başlanılan cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Məhkəmə onun barəsində 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.  

Digər xəbərlər
SON XƏBƏRLƏR