Ölkəyə gətirilən mobil telefonlara görə gömrük rüsumlarının artırılması... - İqtisadçıdan şərh

img

10-08-2018 [13:49]


"Hökumətin ölkəyə gətirilən mobil telefonlara görə gömrük rüsumlarını artırması səriştəsizlikdən  qaynaqlanır”.

Bu sözləri Mia.az-a açıqlamasında iqtisadçı Məhəmməd Talıblı deyib.

Onun sözlərinə görə, əslində iqtisadiyyatda bütün qərarlar iqtisadi baxımdan həssas sosial təbəqəni nəzərə almaqla verilməlidir:

"Belə qərarlar eksplerent ("qaranquş”) firmalara yox, patiyent ("tülkülər”) firmalara yönəlik olmalıdır. Patiyent firmalar – eksluziv mallar istehsal edən və ya sataraq onların elit təbəqələrin tələblərini təmin edirlər. Onlar ekskluziv malların satışı, yüksək markalar hesabına böyük pullar qazanırlar. Dövlət onların alıcılarının xərclədiyi pullar hesabına aşağı təbəqəli insanlara güzəşt zonası tanıyır. Və bunu təşviq edən addımlar atır. Eksplerent ("qaranquş”) firmalar isə bazarda istehlakçı axtarışında olan məhsul satışı üçün vurnuxan firmalardır”.

İqtisadçı deyir ki, bu qərardan sonra Azərbaycanda mobil telefon bazarında 100 dollara qәdәr telefonlara 30 AZN, 701-1000 dollara qədər qiyməti olan  telefonlara 100 AZN və 1001 vı artıq qiymətə olan telefonlara isə 150 AZN rüsum alınacaq:

"Bu zaman daha bahalı telefon alanlar daha az, daha ucuz telefon alanlar isə daha çox vəsait ödəmək məcburiyyətində qalacaq. Zəif istehlakçıdan və əksəriyyəti əhatə edən telefon alıcılarından daha çox yığım alınacaq, Yüksək gəlirli və satınalma gücü böyük olan alıcılardan isə daha az rüsum tutulacaq. Nəzərə alanda ki, daha çox alıcılar aşağı və orta ölçülü mobil telefonlar alırlar, bu zaman məqsəd bu yığım əmsalları ilə dövlət büdcəsinə daha çox vəsait qazandırmaqdır. Halbuki rüsumların əsas məqsədi dövlət büdcəsinə vəsait qazandırmaq deyil, həm də qazanmaqdır”.

İqtisadçı bildirir ki, hökumətin məqsədi əslində, iqtisadiyyatı tənzimləmək olmalıdır:

"Tənzimləmək üçünsə, vergi və qeyri-vergi dərəcələri o zaman artırılır ki, həmin malların və ya əvəzedicilərinin ölkədə istehsalı olsun. Dövlət bununla daxili bazarı və milli istehsalçını xarici rəqabətdən qoruyur. İndiki halda, Azərbaycanda mobil telefon istehsal etmir. Demək onları da xarici təzyiqdən qorumağa ehtiyac da yoxdur. Ona görə düşünürəm ki, bu addımın həssas sosial qrupların ailə büdcələrinin zəifləməsinə, cəmiyyətdə gəlir bərabərsizliyinə yol açması, dövlət büdcəsini doldurmaq üçün düşünülən bir addımdır. Bu mənada mövcud addımın bir neçə baxımdan iqtisadi mənası yoxdur”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR