Şriftin ölçüsü / 350 dəfə oxunub

“Onların dolları varsa, bizim də Allahımız var” - Ərdoğan

10 Avqust 2018 [13:04]

Türkiyəyə iqtisadi təzyiq göstərməyin heç bir perspektivi yoxdur.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, Türkiyəyə qarşı müxtəlif kampaniyalar aparılır:

"Bütün bunlara fikir verməyin. Əgər onların dollarları varsa, bizim də xalqımız, haqqımız və Allahımız var”.

Qeyd edək ki, Türkiyə-ABŞ gərginliyi fonunda lirə dollar qarşısında rekord həddə ucuzlaşıb. Dolların məzənnəsi 6 lirəyə yaxınlaşıb.




SON XƏBƏRLƏR