Şriftin ölçüsü / 282 dəfə oxunub

Bakıda 111 milyon ziyana görə cinayət işi açıldı - Qanunsuz tikililərlə bağlı statistika

10 Avqust 2018 [11:14]
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev rəhbərlik etdiyi qurumla Şəhərsalma və Arxitektura Komitəsi arasında Əməkdaşlıq Memorandumunun imzalanma mərasimində son 6 il (2012-2018) ərzində qanunsuz tikililərlə bağlı statistikanı açıqlayıb.

K.Əliyev bildirib ki, 6 il ərzində bu sahə ilə bağlı məhkəməyə göndərilən cinayət işlərinin sayı 61, təqsirləndirilən şəxslərin sayı isə 89 olub.

O qeyd edib ki, bu işlər üzrə zərərçəkmiş şəxslərin sayı 4072 nəfər, dəymiş ziyanın cəmi məbləği isə 111 625 710 manat olub: "Bu məbləğdən 48 milyon 820 min 28 manat ödənilib, 29 milyon 691 min 397 manatlıq əmlak üzərinə həbs qoyulub”.

O bildirib ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin icraatında istintaq edilən cinayət işlərinin sayı 16, təqsirləndirilən şəxslərin sayı 20, zərərçəkmiş şəxslərin sayı isə 812-dir: "Bu şəxslərə dəymiş ziyanın məbləği 40 milyon 399 min 365, ödənilən ziyanın cəmi məbləği 30 milyon 60 min 824, əmlak üzərinə qoyulan həbs 6 milyon 12 min 367 manatdır.

İdarə rəisi tikinti sahəsi ilə bağlı ən çox qanun pozuntusuna yol verən rayon adlarını da açıqlayıb. O deyib ki, cinayət işləri ən çox Xətai və Yasamal rayonları ilə bağlıdır, digər rayonlar isə Nərimanov, Binəqədi, Suraxanı, Abşeron, Nəsimi və Qaradağdır.



SON XƏBƏRLƏR
15:02 17.08.2018
Rusiya ABŞ-a nota verdi
13:44 17.08.2018
CƏBRAYILLILAR...