Şriftin ölçüsü / 229 dəfə oxunub

Sarkisyan İtaliyadan ölkəsinə qayıtdı və... - Ermənistanın keçmiş prezidenti Xankəndinə niyə gəlib?

09 Avqust 2018 [11:01]
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan İtaliyadan Ermənistana qayıdıb, oradan isə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib.

"Joxovurd” xəbər verir ki, o, 10 gün xaricdə səfərdə olub.

Bildirilib ki, S.Sarkisyan 3 gündür Xankəndidədir. Onun anasına baş çəkmək üçün Dağlıq Qarabağa gəldiyi iddia olunub.

Başqa məlumatlara əsasən, S.Sarkisyan İtaliyda dincəlib. S.Sarkisyan ın ofsinin rəhbəri Nairi Petrosyan keçmiş prezidentin bir həftə əvvəl Ermənistana qayıtdığını söyləyib.

Qeyd edək ki, onun qızlarından biri Ermənitstanın Vatikandakı səfirinin həyat yoldaşıdır/Report.


SON XƏBƏRLƏR