Prezident Bakıda avtobus parkının yenilənməsi üçün 47 milyon 924 min manat ayırdı - Sərəncam

img

08-08-2018 [18:05]


Bu gün Prezident İlham Əliyev Bakı şəhərində avtobus parkının yenilənməsi haqqında sərəncam verib.

Mia.az xəbər verir ki, sərəncama əsasən,  aşağıdakı məsələlər həll həll olunmalıdır:
 
1. 300 ədəd sərnişin avtobusunun alınması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 47 924 000 (qırx yeddi milyon doqquz yüz iyirmi dörd min) manatı ilkin olaraq Bakı Nəqliyyat Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

İlham Əliyev

Digər xəbərlər
SON XƏBƏRLƏR