Şriftin ölçüsü / 330 dəfə oxunub

Çempionlar Liqası: "Qarabağ" Belarus komandası ilə bacarmadı

07 Avqust 2018 [22:52]

Futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda bu gün "Qarabağ”  Belarusun BATE klubu ilə Bakıda ilk oyuna çıxıb.

Mia.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri oyundan məğlub ayrılıb.

Belə ki, 36-cı dəqiqədə Draqun başla hesabı açıb.  Oyunun sonlarına doğru "Qarabağ" təzyiqi artırsa da, hesaba tarazlıq gətirə bilməyib.

Beləliklə, oyun qonaqların 0-1 hesablı qələbəsi ilə baş çatıb.

Xatırladaq ki, cavab oyunu avqustun 14-də keçiriləcək.



SON XƏBƏRLƏR