Bakı-Sumqayıt yolu yenidən bağlandı

img

06-08-2018 [10:50]


Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarındaBakı-Sumqayıt yolunda qəza baş verib.Bu səbəbdən də ayırıcı zolaqda yerləşən təhlükəsizlik sədləri yararsız vəziyyətə düşərək nəqliyyatın hərəkətində çətinliklər yaradıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Mia.az-a daxil olan məlumata görə, bu məqsədlə saat 11:00- dan başlayaraq yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq. Yolun iş gedən zolaqları həm Sumqayıt, həm də Bakı şəhəri istiqamətində tam məhdudlaşdırılacaq. Digər zolaqlarda hərəkət davam edəcək. İşlər təxminən 3-4 saat müddətinə yekunlaşacaq.



Digər xəbərlər
SON XƏBƏRLƏR