"Qalatasaray" super kubok yarışında qalib gələ bilmədi - Qomis "Aslan"ların qolunu ata bilmədi

img

06-08-2018 [00:55]


Bu gün Türkiyə futbolunda super kubokun sahibi müəyyənləşib.

Mia.az xəbər verir ki, liqa çempionu "Qalatasaray" super kubok uğrunda  Türkiyə kubokunun sahibi "Akhisarspor”la qarşılaşıb. Oyunda hesabı 45-ci dəqiqədə "Akhisarspor” açıb. 79-cu dəqiqədə isə "Qalatasaray" hesaba tarazlıq gətirib. Oyun 1-1 hesabı ilə başa çatdığından (əlavə vaxtda da hesab dəyişməyib) qalib penaltilərlə müəyyənləşib.

Penalti seriyasında isə "Qalatasaray" uduzub -  4:5.

"Qalatasaray”ın heyətində hücumçu Qomisin zərbəsini qapıçı dəf edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub