Anar Nağılbaz vəfat etdi

img

04-08-2018 [22:43]


Azərbaycanlı repçi Anar Nağılbaz 44 yaşında vəfat edib.

Anar Nağılbazın anası Şərqiyyə Cəbiyeva REAL-a açıqlamasında oğlunun ölümünü təsdiqləyib. Ailə üzvləri bildiriblər ki, reperin ölümünə uzun müddətdir çəkdiyi stres səbəb olub. Şərqiyyə Cəbiyeva Oxu.Az-a açıqlamasında isə deyib ki, hazırda oğlunun nəşini məsciddə yuyurlar: "Danışa bimirəm”.

***

Minval.info-nun əldə etdiyi məlumata görə, reperin ölüm səbəbi daxil qanaxma olub. Spirtli içkini həddən artıq qəbul etməsi səbəbindən daxili qanaxma keçirən A.Nağılbaz xəstəxanada dünyasını dəyişib.

***

Jurnalist İradə İsak isə Anar Nağılbazın vəfatıyla bağlı sosial şəbəkədəki səhifəsində belə yazıb: "Anar Nağılbazgildəyik. Atası Rizvan dayıyla həyətdə danışdım. Atasının sözlərinə görə, Anar evə gəlib, qəfil halı pisləşib, yıxılıb, dili qatlanıb. Təcili yardım maşını çağırıblar, xəstəxanaya gedərkən yolda keçinib. Allah rəhmət eləsin".

***

Qeyd edək ki, Anar Nağılbaz 1974-cü il martın 28-də Füzuli şəhəri, Horadiz qəsəbəsində dünyaya gəlib. 1988-ci ildən repə maraq göstərməyə başlayıb.

1991-ci ildə "Aysel” miniatür teatr studiyasını yaradıb. 1990-1992-ci illərdə "Kirpi” jurnalının, 1993-1995-ci illərdə "Naxçıvan” qəzetinin müxbiri olub.

Böyük səhnəyə 1993-cü il fevralın 28-də "Canlı klip” teatrının müşayiəti ilə Azərbaycan Dövlət Sirkində çıxıb. 1996-cı ildə ilk albomu işıq üzü görüb.

44 yaşlı rep ifaçısı 2 dəfə evlənib. Onun Anjelika adlı ilk həyat yoldaşından 2 övladı var. Bu ilin iyununda isə Aytən adlı xanımla ailə qurmuşdu.



Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub