Prezident yol tikintisinə 4 milyon manat ayırdı

img

04-08-2018 [17:20]


Prezident İlham Əliyev Samux rayonunun Yenikənd–Köbər–Qaraağaclı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Mia.az-ın xəbərinə görə, sərəncamda qeyd edilir ki, 4 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Yenikənd–Köbər–Qaraağaclı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.



Digər xəbərlər
SON XƏBƏRLƏR