Xanəndəni həmkarı öldürüb, özü isə intihar edib - ŞOK DETAL

img

02-08-2018 [15:29]


Bərdə rayonunda yol qəzasında öldüyü deyilən xanəndə Miryusif Mirizadənin dostu Novruz Hüseynov tərəfindən qətlə yetirildiyi məlum olub.

Mia.az xəbər verir ki, "Report"un Qarabağ bürosunun məlumatına görə, N.Hüseynov dostunu 14 bıçaq zərbəsi ilə öldürdükdən sonra özünü Qarabağ su kanalına ataraq intihar edib. 

Onun meyiti hadisənin baş verdiyi ərazidən 5 km aralıda Ağcabədi rayonunun Qiyaməddinli kəndi ərazisində tapılıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR