İlham Əliyev: “İşğalçı Ermənistan ağır günlər yaşayır”

img

01-08-2018 [16:45]


Əlil və şəhid ailələrinə mənzil və avtomobillərin verilməsi dövlət tərəfindən bu qəbildən olan insanlara dəstəkdir.
Mia.az xəbər verir ki, bunu prezident İlham Əliyev Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində çıxışı zamanı deyib. Prezidentin sözlərinə görə, ilin sonuna kimi daha 170 mənzil və fərdi ev əlil və şəhid ailələrinə təqdim ediləcək.

"Bu kateqoriyadan olan insanların məşğulluq problemləri həll olunur. Qaçqın və məcburi köçkünlərin sosial məsələlərinin həlli istiqamətində ardıcıl işlər aparılır. Sosial siyasət Azərbaycanda prioritet məsələlələrdən biridir. Azərbaycan iqtisadiyyatı inkişaf edir. Proqnozlara əsasən, gələn il sürətli inkişaf ili olacaq və iqtisadi potensial artıqca digər sosial məsələlər də öz həllini tapacaq”.

Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsindən söz açan dövlət başçısı qeyd edib ki, münaqişənin bir həll yolu var. Ərazi bütövlüyümüz bərpa edilməlidir.

"Beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə ərazi bütövlüyümüz dəstəklənir. İşğalçı Ermənistan indi ağır günlər yaşayır. Ermənistanda kriminal xunta rejiminin çökməsində Azərbaycanın da rolu az olmayıb”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR