Mariya Zaxarova: "Öldürülən jurnalistlərin kimliyinin təsdiqi prosesi başa çatıb"

img

01-08-2018 [14:15]


"Mərkəzi Afrika Respublikasında (MAR) ölən jurnalistlərin kimliyinin təsdiqi prosesi başa çatıb, onların kimlikləri təsdiqlənib".

TASS xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, MAR-da öldürülən jurnalistlərin meyitləri yaxın günlərdə vətənlərinə çatdırılacaq.

O həmçinin ölən jurnalistlərin Afrika ölkəsinə turist kimi daxil olduqlarını söyləyib.

Xatırladaq ki, dünən Rusiyanın MAR-dakı səfirliyi respublikanın paytaxtı Banqidən şimalda yerləşən Sibyu şəhərində 3 nəfərin öldürülməsi ilə bağlı məlumat yayıb. Sonra Rusiya Xarici İşlər Nazirliyindən meyitləri iyulun 30-da aşkar edilmiş şəxslərin üzərindən Kirill Radçenko, Aleksandr Rastorquyev və Orxan Camalın adına olan jurnalist sənədləri tapıldığı bildirilib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR