31-07-2018 [13:08]
İyulun 31-də Mədəniyyət Nazirliyində tanınmış bəstəkar və müğənni, "Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçılarından biri Emin Ağalarova Azərbaycanın Xalq Artisti fəxri adının vəsiqəsi və döş nişanı təqdim olunub.
Mədəniyyət naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Emin Ağalarovun Xalq Artisti fəxri adı ilə təltif edildiyini xatırladıb. Nazir deyib ki, Emin Ağalarov Azərbaycanın mədəniyyətini təkcə postsovet məkanında deyil, bütün dünyada uğurla təmsil edir. Onun ölkəmiz üçün həyata keçirdiyi layihələr təqdirəlayiqdir. "Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçılığında Eminin gördüyü işlər göz qabağındadır.
Əbülfəs Qarayev Emin Ağalarovu təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb və Xalq Artisti fəxri adının vəsiqəsini və döş nişanını tanınmış müğənni və bəstəkara təqdim edib.
Emin Ağalarov Azərbaycanın Xalq Artisti fəxri adına layiq görülməsindən məmnunluğunu bildirib, yaradıcılığına verdiyi yüksək qiymətə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. O deyib ki, bir sənətçinin ala biləcəyi ən yüksək fəxri adlardan birinə layiq görülməsi onun üçün böyük şərəfdir.
"Jara” barədə danışan Emin Ağalarov bildirib ki, builki festivalın proqramı çox geniş oldu. Bir çox tanınmış artistlər özləri bu festivala qatılmaq üçün müraciət edirdilər. "Jara-2018” çərçivəsində Heydər Əliyev Mərkəzinin parkında Rusiyanın MuzTv kanalının təşkilatçılığı ilə Bakı sakinləri və şəhərin qonaqları üçün pulsuz konsert keçirildi. Bu konsert MuzTv-də canlı yayımlandı. Builki festival çərçivəsində dörd gün ərzində 250-dən çox artist çıxış etdi. Bir gün ərzində 75 ifaçı səhnəyə çıxdı. Düşünürəm ki, həm tamaşaçılar, həm də artistlər çox razı qaldılar. Biz gələcəkdə fəaliyyətimizi daha da genişləndirəcəyik. Moskvaya qayıdan kimi artıq növbəti "Jara”nın hazırlıqlarına başlayacağıq. "Jara-2019” daha maraqlı və rəngarəng olacaq.
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb