Bakıda daha bir süpürgəçi qadını maşın vurdu - Babayeva xəstəxanada öldü

img

31-07-2018 [12:51]


Bakıda süpürgəçi qadını avtomobil vurub.  

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, iyulun 30-da saat 10 radələrində Yasamal rayonunun Mətbuat prospektində Bakı şəhər sakini Fərhad Vəliyev idarə etdiyi "Hyundai” markalı avtomobillə yolun kənarında təmizlik işləri aparan mənzil kommunal istismar sahəsinin işçisi Telli Babayevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş T.Babayeva orada ölüb.

Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR