Şriftin ölçüsü / 263 dəfə oxunub

"Xəyyam Mirzəzadə Azərbaycanın canlı tarixçəsidir" - Oğlu vida mərasimində çxış etdi

31 Iyul 2018 [12:43]

"O, Azərbaycanın canlı tarixçəsidir". 

Bunu Bakı Musiqi Akademiyasında Xəyyam Mirzəzadə ilə keçirilən vida mərasimində mərhumun oğlu, Xarici İşlər Nazirliyinin Dövlət Protokolu idarəsinin rəisi Pərvin Mirzəzadə bildirib. 

Onun sözlərinə görə, atası çox mürəkkəb insan olub: "Onun hər zaman əsas məqsədi və istəyi dövlətə layiqincə qulluq etmək olub. Dövlət işçisi olmasa da, onun hər biri əsəri xaricdə geniş təbliğ olunurdu. Ola bilərdi ki, o bəzən kiməsə bir az kobud insan kimi görünərdi. Lakin o çox qeyri-adi istedad idi. Hər zaman sevdiklərinə hörmətlə yanaşırdı. Onun mənə qalan yadigarı əsərləri oldu. Son illər xəstəliyinə görə gəzə bilmirdi. Amma ölkədə baş verənləri diqqətlə izləyirdi. Ona dövlət tərəfindən daim diqqət və qayğı göstərilib. Bunu həmişə də hiss edirdi. Xəstəliyi ilə bağlı kimsəyə nəsə deməyimizi istəmirdi. Çünki kimisə narahat etməyi xoşlamırdı. Xəstə olanda belə daim yeni əsərlər yaradırdı. O, Azərbaycanın canlı tarixçəsidir".

Report



SON XƏBƏRLƏR