Erməni vandalizmi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediləcək - QHT rəhbərindən təklif

img

31-07-2018 [00:17]


Azərbaycan Milli Qəhrəmanı Allahverdi Bağırovun şəhid olduğu yerdə qoyulan abidənin ermənilər tərəfindən Xankəndinə aparılması və xüsusi təntənə ilə dağıdılması faktını beynəlxalq təşkilatların diqqətinə çatdırılması üçün BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlının başlatdığı kampaniyaya davam etməkdədir.

Artıq bununla bağlı Niyaməddin Orduxanlıya ölkənin tanınmış QHT sədrləri, politoloqları müraciət edib. Onun  verdiyi məlumata görə, dünəndən başlanan kampaniyaya qısa müddət ərzində onlarla tanınmış QHT sədrləri qoşulub: 
" Ermənistanın televiziyalarının, mətbuatının və sosial şəbəklərində yaydığı abidə, özlərinin dediklərinə görə, Azərbaycan milli qəhrəmanı Allahverdi Bağırovun adına ucaldılan abidədir. Bu ermənilərin törətdiyi vandalızmdir. Vəhşilikdir. Öz təşəbbüsümlə bununla bağlı dünəndən facebook profilim üzərindən ölkənin QHT sədrlərinə müraciət etdim ki, baş vermiş erməni vəhşiliyini beynəlxalq təşkilatlarına rəsmən diqqətinə çatdırmalıyıq və rəsmi qaydada müraciət etməliyik.

Hətta iddia olunur ki, həmin abidə Allahverdi Bağırova məxsus deyil. Bunun nə fərqi var ki? Mənim üçün Azərbaycan ərazi bütövlüyü uğrundan şəhid olmuş hər kəs milli qəhrəmandır, Allahverdi Bağırovdur. Bu abidə Azərbaycan türklərinə məxsudur. Müraciətimə qoşulan QHT sədrləri- Mətanət Əsgərqızı, Rada Abbas, Şəbnəm Rafelqızı, Ceyhun Musaoğlu, Əli Əhədov, Mirzə Məmmədvəliyev, Mahirə Əmirhüseynova, Səbinə Kərimova, Seymur Süleymanov, Səbuhi Abbasov, Cəsarət Hüseynzadə, Firuzə Əsədullayeva, Tural İrfan, Ədil Ədilzadə, Gülay Quliyev, Samirə Mustafayev, İradə Polad, Bəsti Nəsibova, tanınmış xanım politoloq Nəzakət Məmmədova, ictimai fəal Azər Qasımov, Nicat Həsənov var. gün ərzində müraciət edənlərin sayı artmaqdadır. Yaxın zamanlarda müraciət edənlərin siyahısını yekunlaşdırıb BMT İnsan hüquqları üzrə Ali Komisarlığından tutmuş, Avropa parlamentinə, Avropa Şurasına və digər insan hüquqları təşkilatlarına təqdim edəcəyik.

Təbii ki, müraciətimizi ingils dilində edəcəyik. Hər halda bu məsləyə bu təşkilatların diqqət ayrımasınə və Ermənistan dövlətinə etiraz olunmasını tələb edəcəyik. Bu qurumlar hər zaman özlərini insan haqlarının qoruyucusu olduğunu bəyan edirlər. Ermənilərin törətdiyi vəhşilik bəşəri cinayətdir. Bu vandalizmə dərhal beynəlxalq qurumlar etiraz etməlidir. Bizim müraciətimizin məqsədi də budur. "


Digər xəbərlər
SON XƏBƏRLƏR