Həsən Məmmədovun 80 illik yubileyi keçiriləcək – Prezident Əbülfəs Qarayevə tapşırıq verdi

img

30-07-2018 [18:55]


Prezident İlham Əliyev bu gün Xalq artisti Həsən Məmmədovun anadan olmasının 80 illiyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Həsən Məmmədovun 80 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsi Mədəniyyət Nazirliyinə tapşırılıb.

Sərəncamda vurğulanır ki, 2018-ci ilin noyabr ayında Azərbaycanın kino və teatr sənətinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Xalq Artisti Həsən Məmmədovun anadan olmasının 80 illiyi tamam olur. Həsən Məmmədov Azərbaycan kinosunun qızıl fondunu təşkil edən filmlərdə təkrarolunmaz ifa tərzi ilə ekran həyatı verdiyi parlaq xarakterlər, həmçinin teatr səhnəsində canlandırdığı surətlərlə ölkənin mədəniyyət xəzinəsini zənginləşdirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR