İlqar Məmmədovun məhkəməsi olacaq

img

26-07-2018 [13:19]


Respublikaçı Alternativ partiyasının həbsdə olan sədri İlqar Məmmədovun yenidən məhkəmə prosesi keçiriləcək. 

Bu barədə onun vəkili Fuad Ağayev məlumat verib. O bildirib ki, İ.Məmmədovun işi üzrə yeni apellyasiya baxışı Şəki Apellyasiya Məhkəməsində avqustun 10-u saat 11-də keçiriləcək. 

Qeyd edək ki, İ.Məmmədov 2013-cü il yanvarın 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. O, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR