Günay İbrahimli jurnalistdən 100 min tələb edir - Sabah məhkəmədir

img

25-07-2018 [14:41]


Müğənni Günay İbrahimli criminal.az saytının baş redaktoru Anar Məmmədov barəsində məhkəməyə müraciət edib.

Bu barədə BakuPost-a A. Məmmədov məlumat verib. O bildirib ki, G. İbrahimli ona və keçmiş sponsoru Nuriyyə Əhmədovaya qarşı müştərək qaydada şərəf və layəqətin alçaldılması iddiası ilə 100 min manatlıq təzminat davası açıb. İş Yasamal rayon Məhkəməsində hakim Aytən Mirzəyevanın icraatındadır. Məhkəmə prosesi sabah 11:30-da keçiriləcək.

Məlumat üçün bildirək ki, N. Əhmədova Günay İbrahimlini dələduzluqda ittiham edib və bununla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət edib. Müğənni isə şikayət əsasında "Bandotdel”ə aparılıb.
Faktla bağlı yerli mətbuatda da yazılar dərc edilib. Həmin yazılardan bəzilərini criminal.az saytı tirajlayıb.
A.Məmmədov ehtimal edir ki, onun məhkəməyə verilməsinə səbəb saytda Günay İbrahimlinin sevgilisi barədə yazı dərc etməsi olub: "İddia ərizəsində göstərilir ki, onun "Bandotdel”ə aparılması barədə xəbər yaymaqla şərəf və ləyaqətini alçaltmışam, ictimai nüfuzuna xələl gətirmişəm. Amma burada məni məhkəməyə vermək üçün heç bir əsas yoxdur. Çünki həmin xəbərlər başqa saytlarda da yayımlanıb. Mən bu xəbər yayımlanandan sonra ondan şikayət edən Nuriyyə Əhmədovadan açıqlama almışam və o faktı təsdiqləyib. Mənə elə gəlir ki, onun məhkəməyə müraciəti həmin məqamla bağlı deyil. Həmin ərəfədə Günayın sevgilisi Rəşad barəsində də yazmışdım. Mənə elə gəlir ki, Nuriyyə Əhmədova məsələsini bəhanə edib, Rəşada görə məni cəzalandırmaq istəyirlər. Çünki məhkəməyə həmin yazıları da təqdim ediblər”.


Digər xəbərlər
SON XƏBƏRLƏR