Azərbaycan Beynəlxalq Bankının Gürcüstan filialının ləğvi prosesinə start verilib

img

23-07-2018 [17:28]


Azərbaycan Beynəlxalq Bankının (ABB) Gürcüstan nümayəndəliyinin ləğv olunması prosesinə start verilib.

Gürcüstanın Milli Bankı "ABB Gürcüstan”a ləğvedici göndərib. "ABB Gürcüstan” bu vaxta qədər özünü ləğv etmə rejimində olub və bir neçə ay ərzində portfel şirkət tərəfindən idarə olunub.

Hazırda bankda 100 min lari ödənilməmiş kredit və müştərilərin hesablarında tələb olunmayan depozitlər qalıb. "ABB Gürcüstan” artıq podratçı şirkət seçərək iş adamı Vano Çxartişvilinin ailəsinə (3 mln. lariyə yaxın) və səhmdarlarına öhdəliklərini ödəyib.

Qeyd edək ki, ABB-nin Gürcüstan filialı 2007-ci ildən fəaliyyət göstərib. Bu ilin martında ABB Gürcüstan və Rusiya bazarlarını tərk etmək barədə qərar qəbul edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR